“AzerBlast” MMC AÇIQ TENDERƏ DƏVƏT EDİR:
(Elan tarixi: 11.11.2026)
“AzerBlast” MMC-nin veb saytına texniki dəstək xidmətlərinin satın alınması
Açıq tenderin iştirakçıları Cəmiyyətin rəsmi internet səhifəsində - https://www.azerblast.az tenderlər bölməsinə daxil olaraq müvafiq elektron poçt ünvanına (a.kazimova@azerblast.az) və ya yazılı şəkildə açıq tenderdə iştirak etmək niyyəti barədə müraciət ünvanlaya bilərlər.
Elan əsasında iştirak etmək istəyən təchizatçılar əsas şərtlər toplusunu əldə etmək üçün iştirak haqqının ödənilməsi barədə bank sənədini və müraciət sorğusunu a.kazimova@azerblast.az elektron poçt ünvanına göndərməldirlər.
İştirak haqqı – 30.00 AZN
Ehtimal qiyməti: 5,580.36 AZN
Benefisiar: “AzerBlast” MMC
VÖEN: 4900451501
AZN hesabı üçün:
H/h: AZ79AIIB400400C9444793975102,
“Kapitalbank” ASC-nin Mərkəz filialı,
bankın VÖEN-i: 9900003611,
KOD: 200026
M/h: AZ37NABZ01350100000000001944,
SWİFT: AIIBAZ2XXXX.
Qiymət cədvəli
|
S/S |
Malın/Xidmətin/ İşlərin adı |
Təsnifatı |
Ölçü vahidi |
Miqdarı |
|
1 |
Veb sayta texniki dəstək xidmətinin göstərilməsi; |
|
ay |
12 |
Qeydlər: Veb-sayta texniki dəstək xidmətləri müqavilənin qüvvəyə mindiyi tarixdən etibarən 12 (on iki) ay müddətində göstərilməlidir.
Əsas Şərtlər Toplusunun Məlumat Xəritəsi hissəsinin 4-cü bəndində göstərilən ixtisas göstəricilərinə dair aşağıda qeyd olunmuş sənədləri, həmçinin qiymət təklifini və təminatını imzalanmış zərfdə 02 dekabr 2026-cı il saat 14:00-a qədər “AzerBlast” MMC-nin Satınalma Komissiyasına Bakı şəhəri, Səbail rayonu, Mikayıl Müşfiq küç., 2H ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
- Təchizatçının özü tərəfindən hazırlanmış arayış (FORMA 1)
- Dövlət mənsubiyyə-tinə görə məhdudlaşdırılma
- Təchizatçı haqqında (Satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olması)
- Azərbaycan Respublikasında vergilər və digər icbari ödən mallar üzrə vaxtı keçmiş öhdəliklərinin olması və Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq riskli vergi ödəyicisi olmasına dair barəsində qüvvədə olan qərarın olmaması və Son bir il ərzində iki dəfə və ya daha çox Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı malların (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə maliyyə sanksiyasının və ya inzibati cərimənin tətbiq edilməsi
- Keçirilən satınalmadan əvvəlki son 5 il ərzində ÜMUMİLİKDƏ ən azı 5,580.36 AZN məbləğində icra edilmiş və ya icrasının 80 faizdən çoxu tamamlanmış cari satınalma predmetinə oxşar ən çoxu 2 müqavilə təqdim edilsin
- ən azı son 12 (on iki) aylıq dövrü əhatə edən bank dövriyyəsi barədə bank (banklar) tərəfindən verilmiş arayış (təchizatçının eyni dövr üçün birdən artıq bankda dövriyyəsi olduqda, təqdim edilmiş bütün arayışdakı məlumatlar müvafiq dövr üçün toplanılaraq hesablanır) (təchizatçının cari balansında olan qalıq vəsaitini hesablamaq üçün istifadə olunur)
Açıq tender üzrə təklif zərflərinin açılışı 02 dekabr 2026-cı il saat 15:00-da Bakı şəhəri, Səbail rayonu, Mikayıl Müşfiq 2H ünvanında keçiriləcəkdir. Təchizatçıların səlahiyyətli nümayəndələri açılışda iştirak edə bilərlər.
Satınalma Komissiyası