Rizvan Həmid oğlu Baxşiyev
İcraçı direktor
29 mart 1970-ci ildə Bakı şəhərində anadan olub.
1989-1992-ci illərdə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsi üzrə təhsil alıb.
1992-1996-ci illərdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində çalışıb.
1997-1999-cu illərdə KM “Avista” Məhdud Məsuliyyətli Cəmiyyətində Baş direktor vəzifəsində çalışıb.
1999-2002-ci illərdə “Bakılı oğlanlar” nəşriyyat evinin Baş Direktorunun müavini vəzifəsində çalışıb.
2003-2006-cı illərdə “Azərboru” Açıq Səhmdar Cəmiyyətində Ümumi məsələlər üzrə direktor vəzifəsində çalışıb.
2006-2008-ci illərdə “Milli GMBH” Məhdud Məsuliyyətli Cəmiyyətində Baş nümayəndə vəzifəsində çalışıb.
2009-2010-cu illərdə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətində Texniki təhlükəsizlik şöbəsinin rəisi vəzifəsində çalışıb.
2010-2012-ci illərdə “Azər maya” Açıq Səhmdar Cəmiyyətində Baş direktor vəzifəsində çalışıb.
2011-ci ildə “ İMG Bakı” Məhdud Məsuliyyətli Cəmiyyətində İcraçı direktor vəzifəsində çalışıb.
2012-2020-ci illərdə “AG Bank” Açıq Səhmdar Cəmiyyətində Təhlükəsizlik üzrə Baş direktor vəzifəsində çalışıb.
2021-ci ildən etibarən "AzerBlast" Məhdud Məsuliyyətli Cəmiyyətində İcraçı direktor vəzifəsində çalışır.