Bildiriş:
(dərc olunma tarixi: 30.10.2026)
Dizel çəngəlli yükqaldırıcı və elektrikli qayçılı platformalı qaldırıcının satın alınması predmeti üzrə 12.10.2026– ci il tarixində elan verilmiş açıq tenderə təklifin və aidiyyəti sənədlərin təqdim olunma tarixi 11.11.2026-cı il saat 14:00 - a qədər uzadılmışdır.
Açıq tender üzrə təklif zərflərinin açılışı 11.11.2026-cı il saat 15:00-da Bakı şəhəri, Səbail rayonu, Mikayıl Müşfiq 2H ünvanında keçiriləcəkdir.
Bildiriş:
(dərc olunma tarixi: 26.10.2026)
Dizel çəngəlli yükqaldırıcı və elektrikli qayçılı platformalı qaldırıcının satın alınması predmeti üzrə 12.10.2026– ci il tarixində elan verilmiş açıq tenderə təklifin və aidiyyəti sənədlərin təqdim olunma tarixi 02.11.2026-cı il saat 14:00 - a qədər uzadılmışdır.
Açıq tender üzrə təklif zərflərinin açılışı 02.11.2026-cı il saat 15:00-da Bakı şəhəri, Səbail rayonu, Mikayıl Müşfiq 2H ünvanında keçiriləcəkdir.
“AzerBlast” MMC KOTIROVKA SORĞUSUNA DƏVƏT EDİR:
(Elan tarixi: 12.10.2026)
Dizel çəngəlli yükqaldırıcı və elektrikli qayçılı platformalı qaldırıcının satın alınması
Kotirovka sorğusunun iştirakçıları Cəmiyyətin rəsmi internet səhifəsində - https://www.azerblast.az tenderlər bölməsinə daxil olaraq müvafiq elektron poçt ünvanına (a.kazimova@azerblast.az) və ya yazılı şəkildə Kotirovka sorğusunda iştirak etmək niyyəti barədə müraciət ünvanlaya bilərlər.
Elan əsasında iştirak etmək istəyən təchizatçılar əsas şərtlər toplusunu əldə etmək üçün iştirak haqqının ödənilməsi barədə bank sənədini və müraciət sorğusunu a.kazimova@azerblast.az elektron poçt ünvanına göndərməldirlər.
İştirak haqqı – 130.00 AZN
Ehtimal qiyməti: 67,460.85 AZN
Benefisiar: “AzerBlast” MMC
VÖEN: 4900451501
AZN hesabı üçün:
H/h: AZ79AIIB400400C9444793975102,
“Kapitalbank” ASC-nin Mərkəz filialı,
bankın VÖEN-i: 9900003611,
KOD: 200026
M/h: AZ37NABZ01350100000000001944,
SWİFT: AIIBAZ2XXXX.
Qiymət cədvəli
|
Avadanlığın adı |
Xüsusiyyətləri |
|
3 tonluq dizel çəngəlli yükqaldırıcı |
|
|
Elektrikli qayçılı platformalı qaldırıcı |
|
Qeydlər: Təklif edilən avadanlıqlar yeni, istifadə olunmamış, zavod istehsalı olmalı, bərpa edilmiş (refurbished), ikinci əl və ya nümayiş (demo) məqsədilə istifadə olunmuş avadanlıqlar qəbul edilmir.
Təklif edilən avadanlıqların istehsal ili 2025-ci il və ya daha yeni olmalıdır.
Təchizatçı avadanlıqlar üçün minimum 12 (on iki) ay zəmanət təqdim etməlidir.
Avadanlıqların çatdırılma müddəti müqavilə imzalandığı tarixdən etibarən 90 təqvim günü ərzində olmalıdır.
Əsas Şərtlər Toplusunun Məlumat Xəritəsi hissəsinin 4-cü bəndində göstərilən ixtisas göstəricilərinə dair aşağıda qeyd olunmuş sənədləri, həmçinin qiymət təklifini və təminatını imzalanmış zərfdə 26 oktyabr 2026-cı il saat 14:00-a qədər “AzerGold” QSC-nin Satınalma Komissiyasına Bakı şəhəri, Səbail rayonu, Mikayıl Müşfiq küç., 2H ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
- Satınalma metodunda iştirak etmək üçün təchizatçılərin ixtisas göstəricilərinə dair aşağıdakı tələblər müəyyən edilir:
- Müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanları barədə məlumat:
- Bu ƏŞT-nin “ƏLAVƏLƏR” bölməsində müəyyən edilmiş “İxtisas göstəriciləri üzrə Məlumat” Formasında tərtib olunmuş rəsmi sənəd (həmin formada tələb olunan məlumatlar yazılmaqla və yardımçı sənədlər əlavə edilməklə);
- Bu ƏŞT-nin “ƏLAVƏLƏR” bölməsində müəyyən edilmiş “Satınalma prosesi iştirakçısının komplekt anket Forması”-nda tərtib olunmuş rəsmi sənəd (formada tələb olunan məlumatlar yazılmaqla);
- Son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank arayışı (hesab qalığı göstərilməklə) – arayış satınalma prosesinin qüvvədə olduğu müddət ərzində verilmiş olmalıdır, həmçinin arayışı verən orqan tərəfindən və ya notarial qaydada təsdiq olunmalıdır.
- İştirak edəcək Podratçının (hüquqi şəxs olduqda) Nizamnaməsi və ya Əsasnaməsi;
- Kommersiya qurumunun dövlət reyestrindən çıxarışı;
- Vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN);
- Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin mövcud olmamasına, o cümlədən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq riskli vergi ödəyicisi olmasına dair barəsində qüvvədə olan qərarın olmaması haqqında müvafiq dövlət qurumundan arayış - əsli və ya notarial qaydada təsdiq olunmuş surəti
Kotirovka sorğusu üzrə təklif zərflərinin açılışı 26 oktyabr 2026-cı il saat 15:00-da Bakı şəhəri, Səbail rayonu, Mikayıl Müşfiq 2H ünvanında keçiriləcəkdir. Təchizatçıların səlahiyyətli nümayəndələri açılışda iştirak edə bilərlər.
Satınalma Komissiyası