Xəbərlər

“AzerBlast” MMC-də yanğın təhlükəsizliyi üzrə təlim keçirilib.

23/04/2025 11:10


“AzerBlast” MMC-nin Gəncə şəhərində yerləşən Sənaye Partlayıcı Maddələrinin İstehsalı Zavodunun ərazisində yanğın təhlükəsizliyi qaydaları üzrə təlim keçirilib. Təlim Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin 74 nömrəli yanğından mühafizə bölməsinin xidmət heyəti və MMC-nin əməkdaşlarının iştirakı ilə baş tutub. Tədbir yanğın zamanı təxliyyə planları, əməkdaşların yanğın hadisəsinə reaksiyası və davranış qaydaları üzrə təlimləri əhatə edib. Təlimin praktiki hissəsində şərti yanğın zamanı FHN-in yanğınsöndürənləri təlimatda nəzərdə tutulmuş müddətdə hadisə yerinə çatıb, prosedur və tələblərə uyğun müvafiq müdaxilələr təmin edilərək şərti yanğın söndürülüb, təlimin ssenarisinə uyğun səhhəti pisləşən əməkdaş təxliyyə olunub.

“AzerBlast” MMC-də yanğın təhlükəsizliyi üzrə təlim keçirilib.