Xəbərlər

“AzerBlast” MMC və “Kırğızaltın” arasında əməkdaşlıq imkanları müzakirə olunub. 

22/10/2026 11:28


“AzerBlast” MMC-nin icraçı direktoru Fuad Ramazanovun rəhbərlik etdiyi nümayəndə heyəti 21 oktyabr 2026-cı il tarixində Qırğızıstan Respublikasının paytaxtı Bişkek şəhərinə işgüzar səfər edib.
“Kırğızaltın” ASC-nin İdarə Heyəti sədrinin müavini Bakıt Janqorozoviç Kanimetov və digər rəsmi nümayəndələrin iştirakı ilə keçirilən görüşdə “AzerBlast” MMC ilə “Kırğızaltın” ASC arasında ANFO və H-ANFO məhsullarının satışı, təchizat imkanları və bu istiqamətdə potensial əməkdaşlıq perspektivləri müzakirə olunub.
Müzakirələr zamanı məhsulların satışı və təchizatı imkanları, qarşılıqlı maraq doğuran əməkdaşlıq istiqamətləri və gələcək işgüzar əlaqələrin inkişaf etdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Görüş çərçivəsində məhsulların təchizatı üzrə mümkün əməkdaşlıq mexanizmləri nəzərdən keçirilib, qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb.
Səfərin iki şirkət arasında işgüzar əlaqələrin möhkəmləndirilməsinə, yeni əməkdaşlıq imkanlarının dəyərləndirilməsinə və qarşılıqlı faydalı tərəfdaşlığın inkişafına töhfə verəcəyi qeyd olunub.

“AzerBlast” MMC və “Kırğızaltın” arasında əməkdaşlıq imkanları müzakirə olunub.