29/10/2022 22:38
İctimai iştirakçılıq haqqında qanunvericiliyə uyğun olaraq ətraf mühit dəyişiklikləri və problemlərin həlli üzrə ixtisaslaşmış tədqiqat, məsləhət və mühəndislik şirkəti olan “İQLİM LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “AzerBlast” MMC-nin Gəncə şəhəri, Кəрəz rауоnunun inzibati ərazisində, Bakı-Qazax avtomobil yolunun cənub-qərb tərəfində yerləşən Sənaye partlayıcı maddələr zavodunun inşası üçün nəzərdə tutulan 15 hektar torpaq sahəsində və ona yaxın ərazilərdə ekoloji monitorinq işləri aparılmış və müvafiq olaraq Ətraf mühitə təsirin qiymətləndirilməsi işləri həyata keçirilmişdir.
Aparılan qiymətləndirmə və araşdırmalar nəticəsində Ətraf və Sosial-iqtisadi Mühitə Təsirlərin Qiymətləndirilməsi hesabatı hazırlanmış və 21 iyun 2022-ci ili tarixində Gəncə şəhərində İcra hakimiyyəti, bələdiyyə təşkilatları, qeyri-hökümət təşkilatları olmaqla ictimaiyyət nümayəndələrinə təqdim edilmişdir. Sənəd inşası və istismarı planlaşdırılan Sənaye partlayıcı maddələr zavodunun sahəsi və ətraf ərazilərin fiziki-geoloji, meteoroloji, geomorfoloji şəraiti, həmçinin bioloji müxtəlifliyinə dair təfsilatlı ekoloji monitorinq və elmi tədqiqat işlərini əhatə edir. Sənəddə istehsalat prosesi nəticəsində yarana biləcək bütün növ tullantıların qanunamüvafiq şəkildə idarə olunması, istismar işlərinin yerinə yetirilməsi zamanı suya qənaət mexanizmlərinin tətbiq edilməsi və s. bu kimi konkret tədbirlər öz əksini tapıb.
Sözügedən sənəd Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən 1 iyul 2022-ci il tarixində təsdiq edilmişdir.