Xəbərlər

"AzerGold" QSC və törəmə şirkətlərinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

10/05/2023 17:01


Mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, böyük tarixi şəxsiyyət, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) və onun törəmə şirkətləri - “Daşkəsən Dəmir Filiz” MMC və “AzerBlast” MMC-nin rəhbərliyi və kollektivi Fəxri xiyabanı ziyarət ediblər.

Ziyarət iştirakçıları Ulu Öndərin məzarı önünə əklil və gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.

"AzerGold" QSC və törəmə şirkətlərinin kollektivi  Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib