News

“AzerBlast” MMC-nin rəhbər heyəti Bosniya və Herseqovinada işgüzar səfərdə olub

31/07/2026 16:34


“AzerBlast” MMC-nin rəhbər heyəti 28–31 iyul 2026-cı il tarixlərində Bosniya və Herseqovinanın Goražde şəhərinə işgüzar səfər edib.
Səfər detonator kapsullarının istehsalı prosesinin öyrənilməsi, istehsal texnologiyalarının və keyfiyyətə nəzarət sistemlərinin nəzərdən keçirilməsi, istehsalatın təşkilinin təhlil edilməsi, eləcə də gələcək əməkdaşlıq imkanlarının qiymətləndirilməsi məqsədilə həyata keçirilib.
Səfər çərçivəsində “AzerBlast” MMC-nin nümayəndə heyəti Türkiyənin “Kırlıoğlu Kimya və Sənaye” şirkətinin Bosniya və Herseqovinada fəaliyyət göstərən “Pobjeda Rudet” Səhmdar Cəmiyyətinin istehsal müəssisəsində olub. Ziyarət zamanı müəssisədə istehsal proseslərində tətbiq olunan texnoloji həllər, istifadə edilən avadanlıqlar, təhlükəsizlik tədbirləri və istehsalın idarə edilməsi prinsipləri ilə yaxından tanışlıq baş tutub.
Qeyd edək ki, “AzerBlast” MMC tərəfindən həyata keçirilən bu cür işgüzar səfərlər müəssisədə qabaqcıl təcrübələrin tətbiqinə, istehsal proseslərinin təkmilləşdirilməsinə xidmət edir. 
 

“AzerBlast” MMC-nin rəhbər heyəti Bosniya və Herseqovinada işgüzar səfərdə olub